MÜSAHİBƏ


Killion Munyama: Məruzənin əsas məqsədi məcburi köçkünlərlə bağlı vəziyyəti öyrənməkdir

“Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnamə ilə bağlı qiymətləndirmə məruzəsini hazırlayırıq. Bu qətnamə ötən il qəbul olunub. Nazirlər Kabineti bu mövzu ilə bağlı məsələnin nəzərdən keçirilməsini istəyib.

Bu fikri AZƏRTAC-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt-komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” məruzəsinin hazırlığı çərçivəsində təşkil olunmuş dinləmələrdən sonra bu mövzu üzrə məruzəçi Killion Munyama söyləyib.