MÜSAHİBƏ


Emmanüel Düpüi: Avropa ölkələri Azərbaycanla əlaqələrin əhəmiyyətini dərk etməlidir

Avropa ölkələri Cənubi Qafqazda Azərbaycanla əlaqələrin əhəmiyyətini dərk etməlidir. Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədədir. İki ölkənin beyin mərkəzləri, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın da sıx olması vacibdir.
Bu fikirləri AZƏRTAC-a Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Fransanın qabaqcıl beyin mərkəzlərinin rəhbərləri ilə görüşünün moderatoru, Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanüel Düpüi söyləyib.