QAN YADDAŞI


20 Yanvar şəhidləri arasında Quba və Xaçmaz sakinləri də var

20 Yanvar hadisələri zamanı Qubanın iki sakini şəhid olub, üç nəfər isə yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar şəhidi Elçin Qeybullayev 1968-ci ildə Quba rayonunun Küçeyi kəndində doğulub. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində işləməyə başlayıb. Qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyanski kazarma” deyilən yerdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olub. Quba rayonu Küçeyi kənd ümumi orta məktəbi E.Qeybullayevin adını daşıyır.