QAN YADDAŞI


Pekində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Əkrəm Zeynallı 1990-cı ilin yanvarında baş verən hadisələrin tarixi kökləri, XX əsrin sonlarında milli azadlıq uğrunda mübarizəyə qalxan xalqımızın üzləşdiyi qanlı hadisələr haqqında danışıb.