QAN YADDAŞI


Almatıda “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı konsert təşkil olunub

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə Qazaxıstanın Almatı şəhərində “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti təşkil olundu.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 20 yanvar faciəsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini bildirdi.