MÜSAHİBƏ


Sumqayıt və Gəncə şəhərlərində əlavə “ASAN xidmət” mərkəzləri tikiləcək

Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakəndə və Bakıda “ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulur. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində əlavə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq. Salyan və Lənkəran şəhərlərində də “ASAN xidmət” mərkəzləri tikiləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.