Azərbaycan Tokioda keçirilən ənənəvi rəsmi qəbulda təmsil olunub
30.01.2020 [16:36]
Xəbərin mətni
Tokio hökuməti tərəfindən təşkil edilən ənənəvi “Ambassadors Night” adlı rəsmi qəbulda Azərbaycan da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin səfirlərinin və beynəlxalq təşkilatların Yaponiyada fəaliyyət göstərən nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi müvəqqəti işlər vəkili Fərid Talıbov təmsil edib.