MÜSAHİBƏ


Qazaxıstanlı tələbə: Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir

Bu fikri AZƏRTAC-a müsahibəsində Qazaxıstanın Milli Avrasiya Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Raxat Mayikenov söyləyib. O vurğulayıb ki, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımında hədəf kimi dinc insanların, xüsusilə qadın və uşaqların seçilməsi insanın ürəyini sızladır. Belə cinayətlərin XXI əsrdə təkrarlanmasına yol verilməməlidir. Bunun üçün dövlətlər və xalqlar beynəlxalq hüququn normalarına, digər dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə hörmət etməlidir.