MÜSAHİBƏ


Taha Ayhan: Ədalət bərpa olana qədər “Xocalıya ədalət!” kampaniyasını davam etdirəcəyik

2008-ci ildə başlanan “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyirik və bu kampaniyanı bir çox ölkələrdə təşviq edirik. Xocalı soyqırımında əli olan erməni lobbisinin daha çox olduğu ölkələrdə, şəhərlərdə Xocalı üçün ədalət çağırışını ucadan səsləndirmək istəyirik. Xocalıya ədaləti bərqərar etmək üçün fransızları, eləcə də bütün beynəlxalq ictimaiyyəti Xocalıda törədilən vəhşiliklə bağlı məlumatlandırmalıyıq.
Bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan AZƏRTAC-a müsahibəsidə deyib.