QAN YADDAŞI


İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Müasir Dillər üzrə Milli Universiteti ilə birgə İslamabad şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Birlikdə sülh və insanlıq naminə. Etnik təmizləmə və soyqırımlarına son” adlı seminar keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirildiyi salonun foyesində ermənilərin Xocalıda törətdiyi soyqırımını əks etdirən fotostendlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar nümayiş etdirilib.