Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirusla bağlı təxirəsalınmaz tədbirlər görür

03.03.2020 [19:28]

Xəbərin mətni

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində beynəlxalq və ölkədaxili sərnişindaşımanı həyata keçirən daşıyıcılarla birlikdə avtonəqliyyat vasitələrinin