CƏMİYYƏT


Koreyadan Azərbaycana 350.000 ədəd qoruyucu maska gətirilib

İyulun 17-də Koreya Respublikası COVID-19 pandemiyası ilə mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib. Dəyəri 300.000 dollar təşkil edən yardıma Koreya istehsalı 350.000 ədəd qoruyucu KF94 maskası daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu bildirib ki, yüksək standartlara cavab verən bu maskaların filtrasiya effektlivliyi 94 %-dir. Maskaların Azərbaycanda COVID-19-la mübarizə aparan tibb müəssisələrinə paylanılması planlaşdırılıb. Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Koreya xalqları dostluq ənənələrinə sadiq qalaraq bu çətin günlərdə həmrəylik nümayiş etdirir. Koreya tərəfindən Azərbaycana göndərilən bu yardım ölkələrarası dostluq və əməkdaşlığın bariz nümunəsidir.