Paytaxtın Sabunçu rayonunda karantin rejimi qaydalarına əməl etməyən restoran və kafelər aşkarlanıb
19.08.2020 [16:11]
Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyənləşdirilən vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb. AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.