MÜSAHİBƏ


Mikroavtobuslarla rayonlara sərnişin daşıyanlar cəzalana bilər AÇIQLAMA

Sentyabrın 8-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova AZƏRTAC-a bildirib ki, şəhərlərarası və rayonlararası sərnişindaşıma qadağası hələ də qüvvədədir“Vətəndaşlar şəxsi minik avtomobilləri ilə şəhərlərarası və rayonlararası gedişlərini təmin edə biləcəklər. Avtobuslarla gediş-gəliş mümkün deyil. Sərnişindaşıma təkcə avtobuslarla deyil, taksilərlə həyata keçirilir. Bir-neçə aydır ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq bütün region üzrə hərəkətə icazə verən fərqlənmə nişanının təqdim olunması prosesini dayandırmışıq. Mikroavtobusların, sprinterlərlərin taksi fəaliyyəti qismində fəaliyyət göstərməyi qadağandır. Sui-istifadə halları olarsa, aşkarlanacağı təqdirdə aidiyyatı qurumlar tərəfindən mütləq cəzalandırılacaq. Mikroavtobuslar, sprinterlərlər və minivenlərdən yalnız şəxsi istifadə üçün səfərlərini təmin edə bilərlər. Sürücülər ən yaxın, birinci dərəcədən qohumlarını da daşıya bilərlər. Ödəmə ilə hər-hansı şərnişinin daşınması aşkarlanarsa həm sürücülər, həm sərnişinlər cəzalanacaqlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır