MÜSAHİBƏ


Azərbaycanda ikinci dalğa gözlənilirmi?

Payızda koronavirus pandemiyasının yenidən aktivləşəcəyi ilə bağlı proqnozlar təəssüf ki, artıq təsdiqlənir. Yoluxma səviyyəsinin azalma müşahidə olunduğu ölkələrdə xəstə sayından kəskin artım qeydə alınıb. İndiyədək Cənubi Qafqazda ən az yoluxma qeydə alınan qonşu Gürcüstanda sentyabrdan vəziyyət gərginləşməyə başlayıb. Təkcə bu ay 38 nəfərdə COVİD-19 aşkarlanıb. Sentyabrın 8-dən isə yoluxma sayı 45-ə yüksəlib. Qardaş ölkə Türkiyədə də COVİD-19-a qarşı məhdudiyyətlər artır. Ölkədə toy və yas mərasimləri qadağan olunub. Şimali Kipr Türk Cümhuriyyətində ikinci dalğa özünü göstərməkdədir. Yoluxanların sayında kəskin artım var. Avropada da analoji vəziyyət hökm sürür. Böyük Britaniyada son 3 gün ərzində 3 minə yaxın xəstə qeydə alınır. Vəziyyətin nisbətən sabit olduğu Rusiyada yeni yoluxma hallarında kəskin artım müşahidə olunur, ölümlərin sayı artır. Belə bir məqamda Azərbaycanda da vəziyyətin dəyişəcəyi istisna edilmir. Milli Məclisin deputatı Soltan Məmmədov qabaqlayıcı tədbirlərlə bağlı tövsiyyələrini bölüşdü.