MÜSAHİBƏ


Fəxri adlara təqdim olunan namizədlərin nəzərdən keçirilməsini müstəqil komissiya həyata keçirəcək

Gələcəkdə fəxri adların verilməsi ilə bağlı sui-istifadə hallarının qarşısının alınması məqsədilə hüquqi tənzimləyici mexanizmin həyata keçirilməsini təklif edirik. Bu mexanizmdə konkret meyarlar tərtib olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlara təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil komissiya tərəfindən həyata keçiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olacaq. Bu, bizim təklifimizdir. Bununla da gələcəkdə bu prosesdə hər hansı sui-istifadə hallarının qarşısını ala biləcəyik. Bu fikirləri jurnalistlərə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.