MÜSAHİBƏ


Reabilitasiya Mərkəzləri oktyabrın əvvəllərindən əlilliyi olan şəxslərin qəbuluna başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində oktyabrın əvvəllərindən əlilliyi olan şəxslərin qəbuluna başlanması nəzərdə tutulur. Əhali arasında virusa yoluxma sayının azalması və xəstələrin sağalmasında müsbət dinamika nəzərə alınaraq, əlilliyi olan şəxslərin mərhələli şəkildə reabilitasiya mərkəzlərində stasionar formada qəbulu planlaşdırılır. Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq sosial məsafənin qorunması məqsədi ilə əlilliyi olan şəxslər palatalarda tək yerləşdiriləcək. Ümumilikdə, postpandemiya dövründə bərpa mərkəzlərində əlilliyi olan şəxslərin və işçi heyətinin COVİD-19 infeksiyasından qorunması üçün profilaktik tədbirlərə dair daxili təlimatlar hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır