MÜSAHİBƏ


Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusu qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirəcək

Son günlər ermənilərin bütün istiqamətlərdə təxribatlar törədirdilər. Ermənistan xarici işlər naziri Yaxın Şərqə səfəri və orada diaspora nümayəndələri ilə görüşlərindən sonra terror dəstələri Qarabağa yerləşdirilməyə başladı. Bununla yanaşı ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızda qanunsuz məskunlaşma həyata keçirilir. Bütün bunlar döyüşlərin aktiv fazaya keçəcəyini gözləməyə əsas verirdi. Həmçinin erməni hərbi və siyasi rəhbərliyinin qeyri konstruktiv mövqeyi, hərbi ritorika ilə çıxışları, hədə qorxu gəlmələri bunu göstərirdi ki, artıq danışıqlar prosesi tükənib. Bununla əlaqədar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənə təxribatların qarşısının qətiyyətlə alınacağı barədə xəbərdarlıq etdi.Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır