SİYASƏT


Prezidentin köməkçisi: Son günlər Ermənistan tərəfindən tamamilə reallıqdan uzaq saxta məlumatlar hazırlanır

Son günlər Ermənistan tərəfindən çox cılız, tamamilə reallıqdan uzaq və bir qədər də gülünc şəkildə saxta məlumatlar hazırlanır və sosial şəbəkə seqmentinə atılır. Onlar tərəfindən bu qədər saxta məlumatların hazırlanması bir daha onu göstərir ki, Ermənistan xalqı Ermənistan silahlı qüvvələrinə inanmamalıdır, bu qədər saxta məlumatlar hazırlayan silahlı qüvvələrə Ermənistan xalqının özü də heç zaman etibar edə bilməz.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 28-də keçirilən brifinqdə deyib.