MÜSAHİBƏ


Qazaxıstanlı politoloq: Azərbaycan öz torpaqlarını və ərazi bütövlüyünü qorumağa çalışır

Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında eskalasiyanın şahidi oluruq. Bu münaqişə 30 ilə yaxındır ki, həllini tapmayıb. Beynəlxalq ictimaiyyət bu məsələnin birbaşa həllini tapmağa çətinlik çəkir. Hər hansı bir dövlət, xalq ölkəsinin ərazi bütövlüyünü qorumağa çalışır. Bu baxımdan bu gün Azərbaycan öz torpaqlarını və ərazi bütövlüyünü qorumağa çalışır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində qazaxıstanlı politoloq Kazbek Mayqeldinov bildirib.