Fələstin səfiri: Qətlə yetirilən mülki şəxslərlə bağlı bütün Azərbaycan xalqına başsağlığı veririk
12.10.2020 [19:39]
Xəbərin mətni
Gəncə və Mingəçevir şəhərlərində səfərdə olduq. Bu şəhərlərdə qətlə yetirilən mülki şəxslərlə bağlı bütün Azərbaycan xalqına başsağlığı veririk.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu oktyabrın 12-də Mingəçevirdə jurnalistlərə açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman deyib.“Ümidvarıq ki, xəsarət alanlar tezliklə sağalacaqlar və Azərbaycan xalqı sülh içində yaşayacaq”, - deyə o qeyd edib.