MÜSAHİBƏ


Qətər səfiri: Qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik

Gəncə şəhərində hadisə yerində olduq. Qətər mülki əhalinin hədəfə alınmasının əleyhinədir. Qətərin mövqeyini bir daha ifadə edərək bildirirəm ki, biz qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında deyib.