MÜSAHİBƏ


Rus icmasının üzvü: Ermənistan tərəfindən Gəncənin dinc sakinlərinə qarşı hücum əsl terrordur

Oktyabrın 11-də gecə Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş terror aktının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində ibadət mərasimi keçirilib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, ibadət etmək üçün kilsəyə gələn Gəncədəki rus icmasının üzvü Tatyana Alekseyeva açıqlamasında deyib: “Ən böyük arzum odur ki, bu müharibə tezliklə qurtarsın, vətəndaşlarımız əvvəlki həyat tərzinə qayıda bilsinlər. Biz hamımız sülh istəyirik. Ermənistan tərəfindən Gəncənin dinc sakinlərinə qarşı törədilmiş hərəkətlər əsl terrordur. Yuxuda olan insanları belə amansızlıqla öldürmək böyük günahdır. Ermənistan işğalçıdır, erməni təcavüzünü dayandırmaq lazımdır”.