MÜSAHİBƏ


Bakıda poliklinikalar COVID-19-la bağlı həftə sonları da işləyəcək

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Bakı şəhəri üzrə Səhiyyə Nazirliyinin idarəçiliyində olan poliklinikalar gücləndirilmiş iş rejiminə keçib. Həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.