MÜSAHİBƏ


Erkan Özoral: Ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri cinayətlər əsl vəhşiliyin göstəricisidir

Burada gördüklərimiz bir daha sübut etdi ki, qarşımızda insanlıqdan nəsibini almamış və hər cür pisliyi edə biləcək düşmən var. Azərbaycanın qazandığı bu zəfər həqiqətən çox böyük qələbədir. Qırx dörd gün ərzində düşmənə qarşı aparılan mübarizə və daha sonra siyasi arenada qazanılan qələbə çox böyük zəfərdir. Azərbaycan xalqını bu qələbə münasibətilə ürəkdən təbrik edirəm.
Bu fikirləri AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbirinə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır