MÜSAHİBƏ


Günay Əfəndiyeva: Azərbaycan Ordusunun zəfəri Türk dünyasının tarixinə qızıl hərflərlə yazıldı

Bu gün biz inanılmaz hisslər keçiririk. Çünki biz bu gün doğma Qarabağımızda, Vətənimizdəyik. Biz əzəli torpaqlarımızda yenidən olmaqdan ilk növbədə fəxarət, sevinc və qürur hissi keçiririk. Bu unudulmaz hissləri bizə yaşatdıqlarına görə həm Müzəffər Ali Baş Komandanımıza, həm də rəşadətli Azərbaycan Ordusuna dərin təşəkkürü bildirirəm.Bu sözləri Füzuli şəhərinə səfər edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinə müsahibəsində deyib.