MÜSAHİBƏ


Baş müşavir Yalçın Topçu: Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tarixi hadisədir

Türkdilli ölkələrin liderləri mədəniyyətlərimizi tərənnüm edən dəyərlərimizi gün üzünə çıxarıb ilk növbədə türk dünyasında, eyni zamanda, bütün dünyada tanınmasına böyük töhfələr verirlər. Prezident İlham Əliyevin Şuşa ilə bağlı qərarı bu mənada tarixi hadisədir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu söyləyib.