Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Kərimov: Əminik ki, ICESCO erməni vəhşiliyi haqqında dünyanı, o cümlədən İslam aləmini məlumatlandıracaq

13.01.2021 [12:35]

Xəbərin mətni

ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətlərin, o cümlədən məscidlərə, Azərbaycanın tarixi, mədəni irsinə qarşı vandallıq aktlarının şahidi oldu. Onlar bu cinayətləri öz hesabatlarında əks etdirəcəklər. Əminik ki, bu vəhşilik haqqında bütün dünyaya, o cümlədən İslam aləminə məlumatlar çatdırılacaq. Bu, çox önəmlidir.Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI