İsmayıllıda COVID-19-a qarşı vaksinasiyaya başlanıldı
19.01.2021 [18:31]
Xəbərin mətni
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 4 xüsusi vaksin otağı, o cümlədən peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.