MÜSAHİBƏ


Hendrik Daems: Azərbaycanı Avropa Şurasına üzv olmasının 20 illiyi münasibətilə təbrik edirəm

Azərbaycan artıq 20 ildir ki, Avropa Şurasının üzvüdür. Bu, çox əlamətdar hadisədir. Bu müddət ərzində yaxşı dostlar qazanmışıq. Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi münasibətilə azərbaycanlı dostlarımızla görüşəcək, ötən illər ərzində fəaliyyətimizdən danışacaq və fikirlərimizi bölüşəcəyik.
Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının prezidenti Hendrik Daems AZƏRTAC-a müsahibəsində deyib.AŞPA-nın prezidenti rəhbərlik etdiyi quruma ölkəmizin 20 illik üzvlüyünü yüksək qiymətləndirib.Azərbaycanın 20 illik üzvlüyünü yüksək dəyərləndirən AŞPA-nın prezidenti bu münasibətlə xalqımızı təbrik edib.