MÜSAHİBƏ


Kafe,restoran və çay evləri hansı qaydalar əsasında fəaliyyət göstərəcək?

Karantin rejiminin yumşaldıması ilə əlaqədar olaraq fevral ayının 1-dən etibarən kafe,restoran və çay evlərinin fəaliyyətinə icazə veriləcək. Təbii ki, ictimai obyektlərdə gigiyenik qaydalara əməl olunmalı sosial məsafə saxlanılmalıdı. Bu sözləri AQTA-nın şöbə rəisi Əkbər Əliyev deyib. Onun sözlərinə görə, hər bir vətəndaş kafe və restoranlara daxil olarkən qaydalara riayət etməli dezinfeksiyaedici məhlullardan istifadə etməlidi. Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara əsasən, qoyulan qaydalara əməl olunmadığı halda inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə cərimə tətbiq ediləcək.