CƏMİYYƏT


DİN və DSX Xəzər dənizində birgə əməliyyat keçirib

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Mərkəzinin Regional Şöbəsinin “Zirə” Sahil Nəzarət Bölməsinin əməkdaşları ilə birgə həyata keçirdikləri növbəti əməliyyat zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd hərəkətlərin qarşısı alınıb.
Qeyd edildiyi kimi idarənin əməkdaşları Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı kabelləri kəsib satışını təşkil edən şəxslərə qarşı mübarizəni mütəmadi olaraq davam etdirir.
Belə ki, sonuncu belə tədbir zamanı Xəzər rayonu Zirə qəsəbəsi istiqamətində dəniz sahilində vətəndaşlar Elman Nəsirov, İlqar Əhmədov və Mövla Dövlətov saxlanılıblar. Onlara məxsus mühərriklə təchiz edilmiş qayığa baxış zamanı həmin şəxslərin dənizdən kəsərək oğurladıqları ümumi çəkisi 200 kiloqram olan müxtəlif ölçülü və təyinatlı kabellər aşkar olunaraq götürülüb.