MÜSAHİBƏ


Ombudsman: Əfv olunanlar Prezidentin bu humanist addımından nəticə çıxarmalıdırlar

Azərbaycan Respublikası Prezidentinin 625 məhkumu əhatə edən əfv Sərəncamı imzalaması məhkumları, onların ailə üzvlərini və yaxınlarını çox sevindirir. Yürütdüyü yüksək humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə dövlətimizin başçısına dərin təşəkkürümüzü bildiririk.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva martın 19-da jurnalistlərə müsahibəsində deyib.