Azərbaycan Dövlət İnformasiya Agentliyi

İki dövlətin səmərəli əməkdaşlığının bariz nümunəsi: Azərbaycana Çin vaksinlərinin növbəti partiyası gətirilib

01.04.2021 [17:30]

Xəbərin mətni

Aprelin 1-də Çindən Azərbaycana vaksinlərin növbəti partiyası gətirilib.Çinin “Sinovac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronaVac” peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.AZƏRTAC xəbər verir ki, vaksini gətirən təyyarəni Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min, səhiyyə nazirinin müavini Viktor Qasımov və digər rəsmilər qarşılayıb.