MÜSAHİBƏ


Pakistanlı diplomat: İƏT üzvlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına kömək etməyə çağıracağıq

Biz - İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun üzvləri 44 günlük müharibədən sonra ilk dəfədir Azərbaycanın azad olunmuş ərazilərinə səfər edirik. Bu yerlərdə təxminən 30 il ərzində ermənilər tərəfindən kifayət qədər dağıntılar törədilib. Biz öz gözümüzlə gördük ki, Ağdam şəhəri hansı vəziyyətdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri Rizvan Səid Şeyx Ağdamda jurnalistlərə müsahibəsində bildirib.