MÜSAHİBƏ


Xalid Taimur Akram: Pakistan xalqı, xüsusilə gənclər Azərbaycan Prezidentinə böyük rəğbət bəsləyirlər

Biz bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən çox razı qaldıq. İnanırıq ki, tezliklə Azərbaycan Qarabağın da inkişafına nail olacaq. Biz qaçqınların tezliklə öz yurdlarına, Şuşaya qayıdacağı günü səbirsizliklə gözləyirik. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram deyib.