CƏMİYYƏT


Azərbaycanda koronavirusun ştamları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur

Dünyada koronavirusa yoluxanların sayı 155 milyonu, bu xəstəlikdən ölənlərin sayı 3 milyonu ötüb. Dünyada gündəlik 800 mindən çox yeni yoluxma qeydə alınır. Son zamanlar hər kəsi narahat edən məlumatlar Hindistandan daxil olur. Dünyada ən çox yoluxma halları ABŞ, Hindistan və Braziliyada qeydə alınır.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.