MÜSAHİBƏ


Şahin Həsənli: Bu il də Ramazan bayramı pandemiya şəraitinə uyğun keçiriləcək

Ramazan ayı növbəti dəfə pandemiya şəraitində qeyd olundu. Ramazan ayı boyunca insanlara müraciət etdik ki, iftar süfrələrində kütləvi mərasimlər təşkil etməsinlər. Eyni zamanda kütləvi iftar süfrələrində iştirak etməsinlər. İnsanların böyük əksəriyyəti bu tövsiyyələrə əməl etdilər və çox sevindiricidir ki, Ramazan ayında yoluxma sayı azadı. Ümid edirik ki, Ramazan ayının qalan günlərində də insanlar bu cür qorunacaqlar. Kütləvi iftarlara xərclənən vəsaitləri isə insanlar faydalı işlərə sərf edə bilər. Ehtiyaclı ailələrə ərzaq yardımı göstərə bilər. Ramazan bayramının namazı camaatla qılınmayacaq. Bu il pandemiya ilə əlaqədar insanlar evlərində fərdi qaydada namazları icra edə bilər. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Şahin Həsənli AZƏRTAC-a açıqlamasında bildirib.