CƏMİYYƏT


COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə edilir

Ölkə üzrə COVID-19-a qarşı peyvəndlənmə prosesi davam edir. Hazırda ölkəmizdə Çinin “SinoVac” şirkətinin “CoronaVac” və İngiltərənin Oksford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinləri vurulur. Mayın 18-dən koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə bilər. "Sputnik V” vaksini ilk olaraq Bakı Sağlamlıq Mərkəzində istifadə olunur. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Onlar vurdurmaq istədikləri vaksinlər arasında sərbəst seçim edə bilərlər. Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır