MÜSAHİBƏ


Əfqan Nifti: Azad olunmuş ərazilərdə törədilmiş dağıntıları dünya ictimaiyyətinin bilməsi çox vacibdir

Səfərimizin məqsədi Ağdamı, azad olunmuş əraziləri öz gözlərimizlə görmək idi. Məlumatımız var idi ki, bu ərazilərdə ciddi dağıntılar törədilib, 30 illik işğal dövründə bu yerlər yaşanılmaz hala gətirilib. Biz bunu öz gözlərimizlə gördük. Həqiqətən də bu yerlərin yaşanılmaz hala gətirilməsi üçün Ermənistan tərəfindən qəsdən və məqsədi şəkildə dağıntılar törədilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri ABŞ-ın Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.