MÜSAHİBƏ


Armands Krauze: Ermənilər törətdikləri əməllərə görə cavab verməlidirlər

Ağdamdakı dəhşətli mənzərə bizi çox heyrətləndirdi. XXI əsrdə belə bir hadisənin törədilməsi inanılmazdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Latviya Respublikasının Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbərinin müavini Armands Krauze bildirib. O deyib ki, buradakı şəhər və kəndlər tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Bu ərazilər sanki səhranı xatırladır. Ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklər bəşəriyyətə qarşı edilmiş cinayətdir. Ermənilər törətdikləri əməllərə görə cavab verməlidirlər. Bu Azərbaycana - müstəqil bir ölkəyə qarşı törədilmiş soyqırımıdır.