Roman Naudinış: Ağdamda gördüklərimiz vəhşilikdir
10.06.2021 [11:12]
Xəbərin mətni
Ağdamda gördüklərimiz vəhşilikdir. Keçmiş ekologiya naziri kimi deyə bilərəm ki, bu vəhşilik həm də təbiətə qarşıdır. Meşələr kəsilib, evlər dağıdılıb, elektrik, su təchizatı məhv edilib. Bütün bunlar fəlakətdir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Ağdamda səfərdə olan Latviya parlamentinin deputatı, Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafı üzrə qrupunun rəhbəri Roman Naudinış deyib.