CƏMİYYƏT


Üç medalla təltif olunan Vətən müharibəsi şəhidi Səlim Sultanovun doğum günüdür

İyunun 15-i Vətən müharibəsi şəhidi Sultanov Səlim Sultan oğlunun doğum günüdür. Qəhrəman əsgər döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra üç medalla təltif olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səlim 2002-ci il iyunun 15-də Quba rayonunun Zərqova kəndində anadan olub. Orta məktəbdə təhsilini başa vurduqdan sonra 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.