CƏMİYYƏT


Qazilərimiz yüksək texnologiyalı protezlərlə təmin olunur: Onlar qaça, futbol oynaya və velosiped də sürə bilərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təmin olunması prosesi davam edir. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə protezlər taxılır və onlar müəyyən müddət ərazində reabilitasiya mərhələsindən keçirlər. Bu müasir protezlər istifadəçilərə köməkçi vasitələr olmadan, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sərbəst hərəkət etməyə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, həmçinin idmanla məşğul olmağa imkan verir.