AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
25.06.2021 [12:01]
Xəbərin mətni
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son günündə çox vacib məsələ - Avropada və dünyada diasporların rolu və fəaliyyəti mövzusu ətrafında müzakirələr aparılıb.
Azərbaycanın yaratdığı yeni reallıqlar, torpaqlarımızın azad edilməsi, Qarabağda sülh, əmin-amanlıq kimi tamamilə yeni proseslər başlayıb. Azərbaycanın yaratdığı reallıq Avropada dərk edildikcə, AŞPA-da danışıq tərzimiz də dəyişir.
Bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində bildirib.