MÜSAHİBƏ


Ombusman: Ermənistanın müharibə cinayətləri ilə əlaqədar faktaraşdırıcı missiyalara başlanılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı olaraq mandatımız çərçivəsində İkinci Qarabağ müharibəsinin ilk günlərindən Ermənistan silahlı qüvvələrinin ərazilərimizə hərbi təcavüzü, mülki yaşayış məntəqələrimizi atəşə tutmaları, törətdikləri müharibə cinayətləri nəticəsində baş vermiş insan ölümü və dağıntılarla bağlı faktaraşdırıcı missiyaların həyata keçirilməsinə başlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdamda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.