MÜSAHİBƏ


Ermənistanın müharibə cinayətləri barədə protokollar beynəlxalq insan hüquqları təşkilatlarına, BMT və Avropa Şurasına göndəriləcək

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın müharibə cinayətlərinin araşdırılması ilə bağlı Qarabağ Müşahidə Qrupu yaratdıq. Müharibənin ilk günlərindən Azərbaycan Ombudsmanı ilə işbirliyi qurduq və birgə addımlar atdıq. Lakin müharibədən sonra azad edilmiş ərazilərdə törədilmiş cinayətləri öz gözlərimizlə görmək istədik. Buna görə də bu gün Ağdama səfər etmişik.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdamda jurnalistlərə açıqlamasında Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslan bildirib.