CƏMİYYƏT


Koronavirusun “delta” ştamının Azərbaycana gəlmə ehtimalı istisna olunmur

Koronavirusun “delta” ştamının Azərbaycana gəlmə ehtimalı var. İki ay bundan öncə Hindistandan birbaşa və ya əvvəl sözügedən ölkədə olub, ikinci ölkədən Azərbaycana gələn vətəndaşlar sərhəddə onlardan təkrar COVİD-19 testi olunur, 14 gün ərzində özünütəcrid rejimində gözləməlidir. Bu kimi tədbirlər “delta” və ya “delta+” ştamlarının ölkəmizə gəlməyinin qarşısını ala bilər. Buna baxmayaraq digər ölkələrlə təcrid olunmadığına görə, “delta” ştamlarının Azərbaycana gəlmə ehtimalı var. Bu fikirləri TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor Akif Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib.