MÜSAHİBƏ


Reza Deqati: Qarabağ həqiqətlərini fotolarım və sərgilərim vasitəsilə bütün dünyaya çatdıracağam

Bu sərgi Fransada ən möhtəşəm sərgilərdəndir. İldə bir dəfə təşkil olunur və 2 ay davam edir. Burada dünyanın 22 ölkəsindən tanınmış incəsənət nümayəndələrinin əsərləri sərgilənir. İlk dəfədir ki, bu sərgidə fotolar nümayiş olunur. Bir neçə ildir Pyer Boncovanni məni bu sərgiyə dəvət edir. Builki sərgiyə dəvəti qəbul etdim. Bu sərgi çərçivəsində fotolarım əsasında 2 sərgi düzəldilib. Bu böyük zalda mənim fotoəsərlərim əsasında “Rezanın müasir Odisseyası” (l’Odyssee contemporaine de Reza) adlı sərgi, digəri isə “Sükutun ümmanı” (Epaisseur du silence) qalereyasını hazırlayıblar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində məşhur fotoqraf-jurnalist Reza Deqati deyib.