MÜSAHİBƏ


Pyer Boncovanni: Reza Deqatinin fotolarında gizlənən sirr məni cəlb edir

Reza Deqatinin fotolarının səciyyəvi xüsusiyyəti, ilk növbədə, onların qardaşlığı, dostluğu əks etdirməsidir. Fotoları vasitəsilə Reza diqqəti humanizm məsələlərinə, xüsusilə də zərurət olan sahələrə cəlb edir. Sülhə və mehriban birgə yaşayışa çağırışları əks etdirir. Rezanın foto süjeti sülh şəraitində yaşamaq üçün bəşəriyyətin ehtiyac duyduğu zərurətlər üzərində qurulub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransada təşkil edilmiş “Dünyanın mənşəyi” adlı sərginin komissarı, “Maison Laurentine” incəsənət sahəsində tədqiqat, yaradıcılıq, mədəniyyət mühəndisliyi mərkəzinin yaradıcısı Pyer Boncovanni deyib.